Hafiz Hacıyev özünə səs vermədi

  • By admin
  • 11 Aprel 2018 11:44

Prezidentliyə namizəd Hafiz Hacıyev səsvermədə iştirak edib.

Gununsesi.info xəbər verir ki, H.Hacıyev 8 saylı Binəqədi Seçki Dairəsinin 31 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Qafqazinfo.az-ın məlumatına görə, prezidentliyə namizəd bildirib ki, bütün seçki məntəqələrində canlanma var: “İçimizdə olan bəzi ünsürlər seçkini boykot etməyə çağırsa da, xalq bu fikirlərə əhəmiyyət vermədi və hər kəs seçkidə iştirak edir. Seçicilər sərbəst şəkildə istədikləri şəxsə səs verirlər”.

H.Hacıyev İlham Əliyevə səs verdiyini deyib.

Gununsesi.info