“Hafka” həbs edildi - KÜLLİ MİQDARDA BORCU VAR

  • By admin
  • 27 Yanvar 2022 17:14

Azərbaycanın məşhur iş adamı “Hafka” ləqəbli  Hafiz Məmmədov barədə həbs qətimkan tədbiri seçilib.

Gununsesi.info bildirir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, o, böyük məbləğdə vergi və məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınmaqda ittiham edilir.

Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və Hafiz Məmmədovun barəsində 2 ay 15 gün müddətinə (aprelin 12-dək) həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Hafiz Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun ən yaxın adamlarından biri olub.

Gununsesi.info