“Hamiləliyini göstərəndə “həyasız” deyirlər”

“Sosial şəbəkələrdə özlərini bu və ya digər söhbətlərlə özlərini gözdən salırlarsa, gənclərə nə deyəsən? Onlar da fikriləşir ki, 50-60 yaşlı kişilər, qaıdnlar belə edir, biz də belə edək. Asan yolla varlanmaq arzusunda olan insanlar məşhurlaşmaq istəyirlər”.

Gununsesi.info xəbər verir ki, bu sözləri “Açıq söhbət” verilişində Xalq artisti Nisə Qasımova deyib. O həmçinin bəzi gənc müğənniləri də tənqid edib:

“Bu gün üzlərdən həya silinib. Ürəklərdə beyinlərdə həyasızlıq baş alıb gedir. Deyir, müğənni olmaq istəyirəm, olacam! Halbuki sənəti, təhsili yoxdur. Çünki o, belə istəyir.

Gununsesi.info