Türkiyə müxalifəti vahid namizədini seçir

Türkiyənin əsas siyasi qüvvələrinin cəmləşdiyi “Altılı Masa” ın prezidentliyə vahid namizədi əsas müzakirə mövzusu olaraq qalır.

Qurumun liderlərinin sonuncu görüşündən sonra verilən açıqlamada indi prezidentliyə namizədin müzakirə olunacağı bildirilib. “Beləliklə, prezidentliyə vahid namizədin müəyyənləşdirilməsi üçün ümumi sədrlərin məsləhətləşmələri başlayacaq”.

Gununsesi.info Türkiyə mediasına istinadən bildirir ki, bunu Demokrat Partiyasının sədri Gültəkin Uysal deyib.

Onun sözlərinə görə, prezidentliyə namizəd siyasi məsuliyyət daşıyan liderlərdən biri olmalıdır.

Cümə günü Halk TV-də İsmail Küçükkayanın qonağı olan Gələcək Partiyasının başqanı Əhməd Davudoğlu prezidentliyə namizədin kim olmasından asılı olmayaraq prosesin liderlərinin imza hüququna sahib olacağını bildirib. “Vahid namizəd irəli sürəcəklərini” ifadə edən Davudoğlu, “(namizəd üçün) altı nəfərlik bir komandayıq, sizi kapitan edəcəyik deyəcəyik, amma oyunun qaydaları bəllidir” deyib.

Tərcümə: Adil ELXANOĞLU
Gununsesi.info