Hamiya bir-bir dəvətnamə göndərəsi deyiləm - ƏBÜLFƏS QARAYEV

  • By admin
  • 21 Mart 2018 10:07

“İnsanlar teatrlara getmirlər. Mən fərdi şəkildə insanlara dəvətnamə göndərməli deyiləm ki, teatra gəlin, tamaşalara baxın”. GUNUNSESİ.AZ xəbər verir ki, bu sözləri Real TV-yə müsahibəsində Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son vaxtlar Azərbaycanın film sənayesini, teatr tamaşalarını tənqid edənlərə cavab olaraq bildirib.

Əhalini teatrlara gəlməyə və yerli filmlərimizə, tamaşalarımıza baxmağa çağıran nazir bildirib ki, tənqidlərə açıqdır, lakin bu sağlam tənqid olmalıdır.

“Mən insanlara bir-bir dəvətnamə göndərməli deyiləm. Bileti kassalarda satırlar. Teatrla maraqlananlar bileti alıb getsinlər. Tamaşalara baxandan sonra tənqidi fikirlər səsləndirə bilərlər. Son vaxtlar belə tendensiya yaranıb: tənqid etmək. Müqayisə etmək lazımdır. Amma əvvəlcə teatrlara gedib tamaşalara, Azərbaycan kinolarına baxmaq lazımdır. ABŞ, Türkiyə filmlərinə biletləri alıb baxırlar. Amma öz filmimizə baxmırlar. Deyirlər ki, nəyimizə gərəkdir. 3-4 gün filmimiz nümayiş olunur. Amma baxmağa gələn olmadığından nümayiş dayandırılır”, – deyə Əbülfəs Qarayev bildirdi.

Müsahibəyə daha ətraflı videomaterialda baxa bilərsiniz.