Hansı ölkə başçıları İran xalqının etirazlarını dəstəkləyib? - ARAŞDIRMA

  • By admin
  • 02 Dekabr 2022 11:14

Bir neçə aydır ki, İranda xalqın kütləvi etirazları  və rejimin buna qarşı qəddar münasibəti getdikcə artmaqdadır.

İran rejiminin aksiyalarda 300-ə yaxın vətəndaşı qətlə yetirdiyi deyilsə də nədənsə dünya ölkələri bu prosesə o qədər də ciddi reksiya vermir. Bəzi müşahidəçilər bunu Rusiyanın Ukraynaya hücumu ilə əlaqələndirir.

Bəs görəsən, bu günə qədər hansı ölkələr İran xalqınının etirazlarına dəstək verib.

Gununsesi.info-nun araşdırmasına görə, hələlik, bu dövlətlərin sayı 4-ü keçmir. Söhbət ölkə başçıları səviyyəsində olan açıqlamalardan gedir.

Həmin ölkələri təqdim edirik:

 Fransa Prezidenti Emmanuel Makron  müxalifət nümayəndələrini qəbul edib dəstək verəcəyini deyib.
Co Bayden ABŞ Prezidenti, İlham Əliyev Azərbaycan Prezidenti və İsrail Baş naziri Yair Lapid İran xalqının etirazlarını açıq şəkildə dəstəkləyib.
Günay Təhməzova
Gununsesi.info