“Hatay və Kilis vilayətlərinə Suriyadan 94 raket buraxılıb” - BİNALİ YILDIRIM

  • Müəllif: admin
  • 05 Fevral 2018 09:20

Bu günədək Hatay və Kilis vilayətlərinə Suriyadan 94 raket buraxılıb.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin baş naziri Binali Yıldırım deyib.

Nazirin sözlərinə görə, Hatay vilayətinə 60, Kilisə isə 34 raket buraxılıb: “7 dinc sakin həlak olub, daha 113 nəfər isə yaralanıb.”

Binali Yıldırım həmçinin deyib ki, “Zeytun budağı” əməliyyatı başlayandan Suriyada 538 hədəf, 935 terrorçu məhv edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Gununsesi.info