Zəlzələ nəticəsində 6 nəfər ölüb - VİDEO/YENİLƏNDİ

  • By admin
  • 21 Fevral 2023 09:03

Zəlzələ nəticəsində həlak olanların sayı 6-ya yüksəlib.

22:55

Türkiyənin Hatay vilayətində baş verən zəlzələlərdən sonra yaşayış binaları dağılıb, dağıntılar altında qalanlar var.

Gununsesi.info xəbər verir ki, bu barədə Hatay bələdiyyə başçısı Lütfü Savaş NTV telekanalının efirində deyib.

“Deyəsən, Defnedəki binalara ciddi ziyan dəyib. İnşallah, bu sonuncu olacaq. Dağıntılar altında qalanlar da var. Ümid edirəm ki, daha az itki ilə sovuşacağıq”, – bələdiyyə rəhbəri qeyd edib.

21:35

Bazar ertəsi Türkiyənin Hatay bölgəsində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, Bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların mənbəyi 16 km dərinlikdə olub.

Ərazidəki bəzi binaların dağıldığı bildirilir.

Gununsesi.info