Hataydakı bu görüntülər müzakirə yaratdı -FOTO

Türkiyədə zəlzələdən əziyyət çəkən şəxslər üçün Hataya göndərilən minlərlə geyim yolun kənarına atılıb.

Gununsesi.info  “Hürriyet”ə istinadən xəbər verir ki, geyimə ehtiyacı olan şəxslər Yayladağ-Hatay yoluna gələrək sözügedən bu geyimlərdən özlərinə uyğun olanını seçməyə çalışırlar.

Sakinlər geyimlərin əraziyə kim tərəfindən gətirildiyini və atıldığını bilmədiklərini söyləyiblər. Bununla bağlı görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.



Gununsesi.info