Braziliyada sel və torpaq sürüşməsi: 65 nəfər can verdi

  • By admin
  • 27 Fevral 2023 16:12

Braziliyada sel və torpaq sürüşməsi yaşanıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin San-Paulu şəhərində yağışların yol açdığı sel fəlakəti zamanı faciə yaşanıb.

Sellər və torpaq sürüşmələri nəticəsində, 65 nəfər ölüb.

Günlərdir, davam edən təbii fəlakət zamanı şəhərə xeyli ziyan dəyib.

Dəhşətli fəlakətdən sonra ölkənin prezidenti Lula da Silva helikopterlə sel bölgəsinə səfər edib. Helikopterlər fəlakət yaşanan bölgələrə baş çəkib.

Torpaq sürüşmələri və sel zamanı minlərlə insan evsiz qalıb. Çoxlu sayda insan fəlakət bölgəsindən başqa yerlərə köçürülüb.

Hazırda dəyən ziyanın miqdarı hesablanır.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info