Hava hücumundan müdafiə hərbi hissələrində təlim-məşqləri keçirilir

  • By admin
  • 14 Oktyabr 2016 17:13

yul
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən hava hücumundan müdafiə hərbi hissələrində döyüşə hazır olma səviyyəsi yoxlanılır və tapşırıqların dəqiqləşdirilməsi həyata keçirilir.
Gununsesi.info Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, intensiv təlim-məşqlərdə hava hücumundan müdafiə birləşmələri və hərbi hissələri, o cümlədən müasir S-300 PMU zenit raket komplekslərinin heyətləri şərti düşmənin hava hədəflərini aşkar etmək, tanımaq, avtomatik izləməyə götürmək və şərti atəşlə məhv etmək kimi praktiki məşqləri icra edirlər.
Anar
Gununsesi.info