Hava kəskin dəyişəcək, temperatur 5-7 dərəcə aşağı düşəcək, YOLLAR BUZ BAĞLAYACAQ - XƏBƏRDARLIQ

  • Müəllif: admin
  • 24 Yanvar 2018 12:38

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək.

Yanvarın 25-i axşam şimal və qərb rayonlarından başlayaraq yanvarın 28-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya bildirilib ki, şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə enəcək.

Dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Gununsesi.info