
Bakıda daha bir məhkum ölümü baş verib.
Gununsesi.info-nun məlumatına görə, hadisə Penitensiar Xidmətin Müalicə müəssisəsində qeydə alınıb. Orada müalicə alan, 1958-ci il təvəllüdlü Əliyev Fazil İsgəndər oğlu xəstəlikdən ölüb.
Qeyd edək ki, F.Əliyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin 2010-cu ildə keçirdiyi əməliyyat zamanı tutulub. Ondan xeyli miqdarda heroin götürülüb.
Gununsesi.info












