Hava limanında 11 reys ləğv edildi, 102 təyyarə isə gecikir - SƏBƏB

  • By admin
  • 03 Fevral 2018 23:10

Rusiyanın paytaxtı Moskva şəhərinin 3 hava limanında 11 reys ləğv olunub, 102-si isə geçikir.

Gununsesi.info xəbər verir ki, “Şeremetyevo” hava limanında 54 reys gecikir, “Domodedovo”da 23 reys gecikir, 10-u ləğv olunub, “Vnukovo” hava limanında isə 25 reys gecikir, biri isə ləğv olunub.

Qeyd edək ki, aviareyslərin gecikməsinə və ləğv olunmasına səbəb hava şəraiti olub.

Gununsesi.info