Havanın temperaturu iqlim normasından 2-3 dərəcə aşağıdır

  • Müəllif: admin
  • 26 Oktyabr 2016 11:27

hava

Bu günlərdə Azərbaycanda havanın temperaturu iqlim normasından 2-3 dərəcə aşağıdır.

Gununsesi.info-nun verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, əvvəldən də xəbər verildiyi kimi, Azərbaycanda bir neçə gündür qeyri-sabit və yağıntılı hava şəraiti davam edir.

Yağışlar bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlara sulu qar və qar yağıb. Ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraiti oktyabrın 27-dək davam edəcək. Artıq sabahdan əksər bölgələrdən başlayaraq yağıntılar tədricən kəsiləcək.

Gununsesi.info