Hazırlaşın - Nəqliyyatda gediş haqqı artırıla bilər

  • By admin
  • 07 Sentyabr 2016 10:41

144006808555d5b1f545b47

Azərbaycanda dolların sürətlə bahalaşması ərzaq və gündəlik tələbat mallarının satışına da təsir göstərib. Çörəyin qiyməti artırılandan sonra un, makaron, ət, kartof, soğan, pomidor, süd, siqaret məmulatları da bahalaşıb. Görəsən bu bahalşma sonda nəqliyyatda gediş haqlarının artımına səbəb ola bilərmi? 

İqtisadçı-ekspert Samir Əliyev Gununsesi.info-ya açıqlamasında bildirib ki, ölkədə ərzaq və gündəlik tələbat mallarının qiymətləri qalxır:

“Amma bir sıra xidmətlər var ki, onların qiyməti dövlət tərəfindən tənzimlənir. Bura işıq, qaz, su, o cümlədən nəqliyyat və yük daşımaları daxildir. Hesab edirəm ki, nəqliyyatda qiymət artımı gözləniləndir. Bununla bağlı son qərarı yenə də hökumət verəcək”.

Ekspert Azərbaycanda yanacağın qiymətinin qaldırılmadığını əsas gətirərək, nəqliyyatda qiymət artımına ciddi bir səbəb görmür: “Bu gün şəhər daxilində hərəkət edən avtobusların bir qismi dövlət büdcəsindən ayrılmış vəsait hesabına xaricdən alınaraq ölkəyə gətirilib. Bir daha qeyd edirəm ki, nəqliyyatda qiymət artımına ciddi bir səbəb yoxdur. Amma Tarif  (qiymət) Şurasının su və işıq ilə bağlı tariflərinin artırılması qərarından sonra böyük etimlla şuranın növbəti qərarı nəqliyyatda gediş haqlarının artırlması olsun. Lakin nəqliyyatda gediş haqlarının nə zaman artırılacağı ilə bağlı dəqiq bir vaxt söyləmək mümkün deyil”.

S. Əliyev “Sahibkarlar avtobusların ehtiyyat hissələrinin xaricdən idxal olunduğunu əsas gətirərək nəqliyyatda gediş haqqını artıra bilərmi” sualına cavab olaraq bildirir ki, dövlət qiymətə müdaxilə edə bilməz: “Bir qayda olaraq avtobuslarda gediş haqqını dövlət tənzimləmir. Çünki bu sahə dövlət tərəfindən özəlləşdirilib. Hazırda avtobuslarda gediş haqqı 20 qəpikdir. Əgər bu qiymət sahibkara sərf edirsə, işliyir etmirsə işləmir. Amma bu hal nəqliyyatda qiymət artımına ciddi bir səbəb ola bilməz. Əgər nəqliyyatda gediş haqqı artırılarsa, bu, əhalinin sosial vəziyyətinə mənfi təsir göstərəcək, əhalinin xərclərini artımına səbəb olacaq”.

Tarif Şurasının işıq ilə bağlı tarifin artırılması qərarından sonra metroda gediş haqqı qaldırılmasına gəlincə Samir Əliyev qeyd etdi ki, Tarif Şurası tərəfindən əhaliyə satılan elektrik enerjisinin qiyməti 1 qəpik artırılıb:

“Qərara sadəcə, 1 qəpiklik artım kimi texniki yanaşmaq sadəlövlük olar. Əvvəla bu faiz etibarı ilə 16 faizlik artımdan söhbət gedir. Biz məhz bu məsələyə bu yöndən baxmalıyıq. Metropoliten işığın qiymətinin qalxmasını əsas gətirərək, metroda gediş haqqını artıra bilər. Amma bir faktı nəzərə almaq lazımdır ki, hökumət hər il dövlət büdcəsindən metropolitenə böyük həcimdə subsidiya ayırır,rclər qismində. Ümumiyyətlə “Azərsu”, “Azəriqaz”, “Azərişıq” əhaliyə xidmət göstərən dövlət müəssisələri xərclər barəd ictimaiyyətə məlumat vermədiklərinə görə, onlar istənilən qiymət artımına gedə bilərlər. Amma onların qiymət artımı ilə bağlı əsaslandırmaları reallığa əsalanmır”.

Anar

Gununsesi.info