Heç vaxt müğənniyə ərə getmək arzum olmayıb - XOŞQƏDƏM

  • By admin
  • 08 Fevral 2018 17:58

“Heç vaxt düşünmürdüm ki, müğənni ilə ailə quraram”.

Gununsesi.info-nun xəbərinə görə, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı “Hər şey daxil” verilişində deyib.

Türkiyəli sənətçi Doğuşla ailəli olan aparıcı bildirib ki, heç vaxt müğənniyə ərə getmək arzusu olmayıb: “Şou-biznesdə düşmənim yoxdur, amma onlarla dostluq etmirdim. Demirəm müğənnilər pisdir. Sadəcə, istəmirdim, deyirdim, mənlik deyil. Müğənni ilə ailə qurmağı arzulamırdım. Başqa şeylər xəyal edirdim. Nə yaxşı Doğuş kimi insanla ailə qurdum. İnsan kimi bir adamdır.

Əvvəl deyirdim ki, pulu ancaq müğənnilər qazanır. Baxırdım ki, hamısı 200 minlik maşın sürür. Deyirdim, bütün günü ölümlə üz-üzə gəlirəm, çəkilişlərə gedirəm, amma qazanmıram. Müğənnilər isə fonoqramı qoyur və müftə pul gəlir. Sonra Doğuşun Almaniya konsertindəki həyəcanını görüb, onların çətin qazanc əldə etdiyinin şahidi oldum”.

Gununsesi.info