Heç vaxt yox olmayan göy qurşağı  - FOTOLAR

  • By admin
  • 21 Dekabr 2016 16:59

viktoriya

Dünyanın bir çox yeri şəlalələrlə zəngindir. Onların içərisində ən möhtəşəm hesab olunan Viktoriya şəlaləsi turistləri özünə cəlb etməkdə davam edir. Viktoriya şəlaləsi Zambiya və Zimbabve arasında yerləşir.

İngilis tədqiqatçı Devid Livinqston 1855-ci ildə kəşf etdiyi şəlaləyə kraliça Viktoriyanın adını layiq görmüşdür. Lakin o, “advermə” zamanı özünü də unutmayıb. Belə ki, Livinqston ölkənin ən turistik şəhərinə öz adını vermişdir. Həmin şəhər hazırda məhz bu şəlalə sayəsində məşhurluq qazanıb.

Viktoriya şəlaləsinin ən qeyri-adi xüsusiyyəti üzərində “sehrli” göy qurşağının olmasıdır. Şəlalənin yüksəkliyində qatı su buxarı səbəbindən yaranan həmin göy qurşağı heç vaxt yoxa çıxmır.

Gununsesi.info Viktoriya şəlaləsinin həmin möhtəşəm görüntülərini oxuculara təqdim edir:

viktoriya1

 

viktoriya2

Nigar Cəfərli

Gununsesi.info