Helikopter küçəyə düşdü - 6 ÖLÜ

  • By admin
  • 11 Aprel 2018 11:06

Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.

Gununsesi.info rbc-yə istinadən xəbər verir ki, qəzaya uğrayan “Vostok” şirkətinə məxsus Mi-8 helikopteri Xabarovskun  Antennaya və Xirurqiçeskaya küçələrinin kəsişməsinə düşüb.

Qəza bu gün səhər saatlarında baş verib. Helikopterin göyərtəsində 6 nəfər olub və onların hamısı ölüb.

Məlumata görə, helikopter  təlim-məşq uçuşu həyata keçirirmiş. Faktla bağlı cinayət işi açılıb və araşdıma aparılır. İstintaq orqanı qəzanın səbəbi kimi hava şəraitinin pis olması, texniki nasazlıq və pilotun səhvindən baş verməsi ehtimalını irəli sürür.

Gununsesi.info