Hesablama Palatasının hesabatına baxılacaq

  • By admin
  • 05 Aprel 2021 10:19

Hesablama Palatasının 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı Milli Məclisdə müzakirə olunacaq.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 8-də keçiriləcək iclasında Hesablama Palatasının hesabatına baxılacaq.

Məlumat üçün bildirək ki, Hesablama Palatasının hesabatı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə daxil olub.

Aprelin 8-də keçiriləcək həmin iclasa parlamentin 5 komitə sədri də qatılacaq.

Eyni zamanda, ictimai sektorda çalışan nümayəndələr də Hesabalama Palatasının fəaliyyətinin müzakirəsində iştirak edəcək.