“Heydər Əliyev İli”nə Mübariz Mənsimovun da tövhəsi var

  • By admin
  • 12 Yanvar 2023 16:44

“Palmali Holding” şirkətlər qrupunun prezidenti, xeyriyyəçi Mübariz Mənsimovun təlimatına əsasən, “Palmali” donanmasına daxil olan bütün gəmilərdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş xatirə guşələri təşkil olunacaq”.

Gununsesi.info-nun xəbərinə görə, bunu adıçəkilən Holdinqin mətbuat katibi Fidan Quliyeva deyib:

“Bildiyiniz kimi, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin banisi, dahi siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, 2023-cü il – “Heydər Əliyev” ili elan edilib.
Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Vətən müharibəsində şəhid olan igidlərimizlə bərabər Azərbaycanı həyatı ilə yaşatmış ulu öndəri dünya limanlarında tanıtmaq bizim üçün böyük şərəfdir. Fəaliyyətinin bütün dövrlərində Heydər Əliyev canından əziz bildiyi doğma vətəninin və xalqının mənafelərini daim müdafiə etmiş, respublikamızın inkişafı üçün böyük işlər həyata keçirmişdir. “Palmali” ailəsi olaraq biz Ümummilli Liderin Azərbaycanın xoşbəxt gələcəyi naminə gördüyü misilsiz xidmətləri daim xatırlayır və vurğulayırıq. Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı, Ulu öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün portretləri bütün gəmilərimizi bəzəyir.

Bundan başqa, şirkətin sahibi Mübariz Mənsimovun təşəbbüsü ilə Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün “Heydər Əliyev” təqaüdü təsis edilib. Türkiyənin müxtəlif ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələr üçün bunun güclü stimul olacağına əminik. Təqaüd, təhsilində yüksək nəticə əldə etmiş tələbələrə veriləcək. Bu, eyni zamanda, Mübariz Gurbanoğlu Yardımlaşma Vakfının dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adına məktəbdə təhsil alan azərbaycanlı şagirdlərə də aiddir”.

Afət Abbasova

Gununsesi.info