Heydər Əliyev prospektində ağır yol nəqliyyat hadisəsi baş verib

  • By admin
  • 19 İyul 2017 11:59

avtoqeza
Sabunçu rayonunun H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 19-da saat 1.00 radələrində Sabunçu rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Həsən Həsənov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla 40-45 yaşlı kişini vurub və zərbədən həmin şəxs eyni istiqamətdə hərəkətdə olan paytaxt sakini Əhəd Kərimovun idarə etdiyi “Porsche Cayenne” markalı avtomobilin altına düşüb və həmin şəxs hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Anar
Gununsesi.info