Müsəlman oğlanı sevdiyinə görə atası onu öldürdü

  • By admin
  • 19 İyul 2017 11:54
bicaq_06987
İsraildə bir xristian  ata öz doğma qızını müsəlman oğlanı sevdiyinə görə qətlə yetirib.
Gununsesi.info CNN-ə istinadən xəbər verir ki, belə bir hadisəni İsrail proqkurorluq orqanları da təsdiq ediblər.
Prokurorluqdan verilən məlumata görə, 58 yaşlı Sami Karra Ramle şəhərində öz qızını orta məktəbi bitridikdən bir gün sonra qətlə yetirib. Buna 17 yaşlı Henritta Karra müsəlman oğlanı sevməsini etiraf etməsi valideynlərini ciddi narazıçılığa və kin-kudurətə  səbəb olub. Qızın bu hərəkətinə ailədə kin və təzyiq o qədər böyük olub ki, qız nəticədə evdən qaçmalı olub. Evdən qaçan 17 yaşlı qız dostu ilə onun anasının yanında yaşayıb. Ailəsi Henriettanı evə dönməsi üçün onun dostunu və anasını hədələyiblər. Hətta görüşlərin birində Henriettanın atasını onu döyüb. Müvafiq dövlət quurmlarının birgə səyi nəticəsində Henrietta evə dönüb. 
İyunun 12-də orta məktəbi bitirən qız İslamı qəbul etmək niyyətində olduğunu deyir. Bunu eşidən ata bıçaqla qızına üç bıçaq zərbəsi vurub. Zərbədən qız dünyasını dəyişib.
Mürtəza
Gununsesi.info