Hind milyarder minlərlə işçisini İstanbula göndərdi

  • By admin
  • 06 İyul 2018 01:20

Hindistanlı milyarder 3 min 500 nəfər işçisini mükafatlandırmaq üçün İstanbula tətilə göndərib.

Gununsesi.info xəbər verir ki, 12 milyard dollar sərvəti olan iş adamı bir həftəlik istirahət üçün 10 milyon dollar büdcə ayırıb.

Bunun üçün İstanbulun ən lüks 10 oteli kirayələyib. Adının açıqlanmasını istəməyən milyarder işçilərinə Türkiyədə xərcləmək üçün 1 milyon dollar pul da verib.

İşçilərin məzuniyyətinin təşkili üçün xüsusi İşçi Qrup yaradılıb.