ABŞ-İran danışıqlarının vaxtı məlum oldu

  • By Admin2
  • 26 İyun 2026 17:45

ABŞ və İran arasında növbəti danışıqlar raundunun keçiriləcəyi tarix dəqiqləşib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Bildirilir ki, tərəflər arasında növbəti görüş iyunun 28-i və 29-da baş tutacaq.

Məlumata görə, Amerika və İran tərəfi arasındakı budəfəki müzakirələr texniki ekspertlər səviyyəsində təşkil olunacaq. Danışıqlarda vasitəçilərin də iştirak edəcəyi vurğulanır.

Gununsesi.info