Hindistanda bir gündə 11,5 min insan koronavirusa yoluxub

  • By admin
  • 13 İyun 2020 16:32

Hindistanda son sutkada 11 400-dən çox insan koronavirusa yoluxub.

Gununsesi.org “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da Hindistanda COVID-19-a yoluxanların sayı 308 993-ə yüksəlib.

Qeyd olunub ki, son sutkada Hindistanda infeksiyadan 396 nəfər ölüb. Bununla da pandeymiya qurbanlarının sayı 8 498 nəfərə yüksəlib.

Xatırladaq ki, hazırda Hindistan dünya üzrə koronavirusa yoluxanların sayına görə dördüncü yerdədir. İlk üçlükdə isə ABŞ, Braziliya və Rusiyadır.

Gununsesi.org