Pandemiya dövründə gündəlik yoluxma sayı 324 mini keçən Hindistanda oksigen ehtiyacı böhrana çevrilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Dehlinin əyalət naziri məlumat yayıb. Nazir qeyd edib ki, gündəlik olaraq 700 ton oksigenə ehtiyacları var.
Digər tərəfdən, xəstəxanalar bildirir ki, bu vəziyyət 5-6 gündür davam edir.
Oksigen tədarükçüsü ilə əlaqə qurula bilmir.
Qeyd edək ki, Hindistan 2 aprel tarixindən bəri dünyada gündəlik ən çox yoluxma qeydə alınan ölkədir.
Gununsesi.info