
Hindistanın Uttar-Pradeş ştatında ekspress qatarın relsdən çıxması nəticəsində 74 nəfər xəsarət alıb, onlardan 4-nün vəziyyəti ağırdır.
Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında “Kaifiyat Express” qatarı Auraya rayonunda yük maşını ilə toqquşub.
Nəticədə 8 vaqon relsdən çıxıb, onlardan biri isə aşıb.
Qəza nəticəsində ölənlər barədə hələlik məlumat verilmir.
Gununsesi.info












