İnsanların həyatını xilas edən üzük - FOTOLAR

  • Müəllif: admin
  • 23 Avqust 2017 08:40

uzuk1

Dünyada müdafiə olunmağa ehtiyacı olan xanımlar, təəssüf ki, hər zaman təhlükədən qoruna bilmirlər. Hər gün istər yerli, istərsə də xarici mətbuatda qadınların başına gətirilən dəhşətli hadisələr haqqında xəbərlərə rast gəlirik.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu kimi halların qarşısını almaq məqsədilə Londonda keçirilən texnologiya sərgisində nümayiş olunan üzük cəmiyyətdə böyük maraqla qarşılanıb. Mütəxəssislərin hazırladığı təhlükəsizlik cihazının məhz üzük formasında olmasının səbəbi xanımların diqqət çəkmədən özlərini müdafiə edə bilməsi üçün nəzərdə tutulub. Qara və ağ olmaqla iki rəngdə istehsalı nəzərdə tutulan və qiyməti 149 dollar olan üzüyün satışı hələ ki yalnız ABŞ-da gerçəkləşdirilir.

Üzüyün əsas məqsədi insanlar arasında sürətli əlaqə yaratmaq, eyni zamanda təhlükə anında, təcavüz, cinsi istismara məruz qalan qadınların tez bir zamanda kömək çağırmasını təmin etməkdir.

Üzüyün içərisinə yerləşdirilən xüsusi proqram sahibinin harda olmasına dair dəqiq məlumatları əvvəlcədən sistemin yaddaşına qeyd edilən nömrələrə ötürür. Bunun üçün sadəcə üzüyün içəri tərəfində qoyulan kiçik düyməni 3 saniyə basılı tutmaq kifayətdir.

Üzük tamamilə təhlükəsiz şəkildə istehsal edildiyi üçün cihazdan uşaqlar da istifadə edə bilər. Bu maraqlı əşyanın digər ölkələrdə satışa çıxarılacağı barədə isə rəsmi məlumat yoxdur.

uzuk

 

uzuk1

 

uzuk2

 

uzuk3

 

uzukk

Gununsesi.info