Hindistanda quraqlıq 105 filin həyatına son qoydu

  • By admin
  • 07 Noyabr 2019 19:52
Afrika ölkəsi Zimbabvedə son iki ayda gölməçələr quruyub, su və yemək tapa bilməyən vəhşi heyvanlar çətin vəziyyətdə qalıb. 
Gununsesi.org xəbər verir ki, şiddətli quraqlıq və iqtisadi böhranla mübarizə aparan Zimbabvedə  son 2 ayda susuz qalan və kifayət qədər qidalanmayan 105 fil tələf olub.
85 min fili olan Botsvanadan sonra dünyada ən çox fili olan Zimbabvenin təbii parklarından biri “Mana Pools” Milli Parkında isə iki gölməçə tamamilə quruyub.
Fillərlə yanaşı zebra, su ayqırı, impala və bufalo kimi çeşidli heyvanlara ev sahibliyi edən milli parklarda tək ümid yaxın zamanda yağacaq mövsümi yağışlardır.
Gununsesi.org