Hindistanda təbii fəlakət: sel 17 nəfərin ölümünə səbəb oldu

  • By admin
  • 18 İyun 2018 10:56
Картинки по запросу Hindistanda sel

 

Hindistanın şimal-şərqindəki Assam əyalətində musson yağışlarının səbəb olduğu sellər nəticəsində 17 nəfər ölüb.

Gununsesi.info xarici KİV-ə istinadən bildirir ki, musson yağışları ölkənin bir çox bölgəsində su daşqınlarına yol açıb.

Assamda son 4 gündə 17 nəfərin həyatını itirdiyi, 42 min 500 nəfərin seldən əziyyət çəkdiyi bildirilir. Bölgədəki 3 min 292 hektar sahədə 716 kənd su altında qalıb, minlərlə insan təhlükəsiz ərazilərə evakuasiya edilib.

Meteorologiya Agentliyi yağışların digər bölgələrdə də təsirli olacağı barədə xəbərdarlıq edib.

Картинки по запросу Hindistanda sel

Картинки по запросу Hindistanda sel