
“Bir-birini təkrarlayan dövlət strukturları ixtisar olunmadır”.
Gununsesi.info xəbər verir ki, belə bir təkliflə millət vəkilləri Zahid Oruc və Vahid Əhmədov çıxış edib.
Millət vəkili Zahid Oruc bildirib ki, bu gün Azərbaycan dünyada məmur sayına görə öncül yerlərdən birini tutur. “Beynəlxalq paraktikada hər yüz min nəfərə düşən məmur sayı var və biz də o praktikadan istifadə etməliyik. Yəni məmur sayı optimalaşdırılmalıdır. Belə olarsa, o zaman büdcə vəsatilərinə yetərincə qənaət etmiş olarıq. Bu həmçinin dövlət strukturları üzərində ictimai nəzarəti mümkün edə bilər”- deyə, millət vəkili bildirib.
Z. Oruc təssüflə qeyd edib ki, neft bumu dövründə bir sıra dövlət strukturları yaradılaraq məmur sayı şişirdilib və indiki şəraitdə onların ixtisar olunmasına ehtiyac var. “O, baxımdan da 2017-ci ildə institutsional islahatlar davam etdirilməlidir: “Bununla effektiv və çevik idarəetməyə nail olmaq mümkün olacaq”.
Millət vəkili bildirib ki, artıq bir sıra dövlət qurumlarının pablik təşkilatlara çevrilməsi bir daha göstərir ki, bazar iqtisadiyyatı şəraitində özünü doğrultmayan təşkilatlar ləğv olunmalıdır.
Z. Orucun fikrincə, bir çoxları hesab edə bilər ki, bu ölkədə işsizliyin artmasına səbəb ola bilər. “Ancaq deyirəm bu yanaşma düz deyil. Əksinə bu ixtisarlar özəl sektorda, xüsusən də iqtisadi və xidmət sahəsində çalışanlara rahat nəfəs almağa imkan yaradacaq. Odur ki, bu islahatlar davam etdirilməli və bu 2017-ci ildə islahatlar öz pik həddinə çatmalıdır”.
Millət vəkili Vahid Əhmədov da dövlət strukturlarının ixtisar olunmasınə hökumətə təklif edib. Bildirib ki, Azərbaycana bu qədər nazirlik, dövlət komitəsi, xidmət və agentliklər lazım deyil: “Onların bir çoxu ləğv olunmalıdır. Bundan əlavə olaraq regionlardakı yerli strukturlar da ciddi islahatlara uğramalıdır. Belə ki, yerli icra hakimiyyətlərində və dövlət qurumlarında islahatlar həyata keçirilməlidir”.
Mürtəza
Gununsesi.info










