Hökumət elektron mediaya maliyyə dəstəyi göstərməlidir - Əflatun Amaşov

  • Müəllif: admin
  • 30 Sentyabr 2016 13:30
1435306349_eflatun-anmashov
Azərbaycan hökuməti eletron mediyaya dəstək göstəmək məqəsdi ilə  maliyyə vəsaiti ayrılmalıdır.
Gununsesi.info  xəbər verir ki, belə bir təkliflə millət vəkili Əflatun Amaşov  Milli Məclisin   payız sessiyasının ilk plenar iclasında  çıxış edib.
Millət vəkininin sözlərinə görə, hökumət yazılı mətbuata dəstək verir və bu dəstəyini KİVDF vasitəsi ilə həyata keçirir. “Ancaq  bu gün  cəmiyyətimizdə internet  mediası inkişaf edir  və internet mediasının rolu və əhmiyyəti artır. İnternet mediasının cəmiyyətdə rolunun artmasına baxmayaraq,  bu media resursu da  maliyyə çətinlikləri ilə üzləşir. Bu baxımdan internet medianın statusu müəyyən edilərək, onlara maliyyə dəstəyinin göstərilməsinə diqqət yetirmək lazımdır. Hökumət bu məsələni nəzərə alıb internet mediayay dövlət dəstəyini göstərməlidir”- deyə, Ə. Amaşov bildirdi.
 Millət vəkili eyni zamanda “Diffamasiya haqqında” qanunun qəbul edilməsini təklif etdi. O bildirdi ki,  bir müddət öncə “Diffasmasiya haqqında” qanun  layihəsi hazırlanaraq, cəmiyyətdə geniş müzakirəsi də təşkil edilib: “Ölkə başçısının dediyi kimi bu sahədə moratorium həyata keçirilib və bəlli olub ki, bu gün Azərbaycanda  diffamasiya ilə bağlı heç bir jurnalist həbs edilməyib. O baxımdan  müvafiq orqanlar  belə bir təşəbbüskarlıqla çıxış etməlidir”.
Millət vəkili  medianın sosial-iqtisadi vəziyyətinin  yaxşılaşdırılması  məqsədi ilə medianın reklam probleminin həllinə diqqəti cəlb etdi. O bildirdi ki, bu gün ölkə medasında reklam verilməsinin az olması  mətbuatın çətin durumunu  bir az da çətinləşdirir. “Çünki  medianın durumu reklamdan asılıdır. Media özünü  reklamla yaşatmalıdır. Ancaq bu sahədə problemlər bvar və bu problem  həllini tapmalıdır. Reklam məsləsində balans qorunmalıdır. Ona görə ki, mediaya  hökumət  uzun müddət  maliyyə dəsətyi göstərə bilməz. Mediada reklam bazarı inkişaf etdirlməli və buna şərait yaradılmalıdır”- deyə, Ə. Amaşov bildirib.
Mürtəza
Gununsesi.info