Türkiyə höküməti “Reina”da insanları qətlə yetirən terrorçunun saxlanmasıyla bağlı rəsmi açıqlama yayıb.
Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməliyyat qrupları Ortaköydə terror törədən saldırğanının Esenyurtda bir ünvanda saxlandığını təyin edib.
Sözügedən ünvana təşkil edilən əməliyyatda şübhəli bilinən Abdülqadir Masharipov ilə 1-i Qırğız əslli kişi, 3-ü qadın olmaqla 5 adam nəzarətə alınıb. Beşiktaş Ortaköydəki gecə klubuna təşkil edilən hücumda şübhəli bilinən Abdülqadir Masharipovun tutulmasıyla çökertilen İŞİD terror təşkilatıınn hüceyrəsinin diqqət çəkməmək üçün alver etməməsi və yer dəyişdirməməsi üçün zənci qadınlarından istifadə etdiyi müəyyənləşdirilib.
Qeyd edək ki, daha əvvəl polisin reallaşdırdığı 4 müxtəlif əməliyyatdan son anda xilas olan Masharipovun tutulması üçün İstanbul Polis İdaəsi tərəfindən min nəfərlik xüsusi bir qrup yaradılıb. Esenyurt 911 küçəsindəki ünvanda bir sayta axşam saatlarında təşkil edilən əməliyyatda Masharipov ilə bərabər 4nəfər digər şəxslər də nəzarətə alınıblar.
Nəzarətə alınanlardan 1-nin qirğiz əslli, 3-nün isə Misir, Seneqal və Somali əsilli qadınlar olduğu öyrənilib.
Gözaltına alındıqdan sonra sağlamlıq idarəsindən keçirilən şübhəlilər Vətən Prospektindəki İstanbul Polis İdarəsinə gətirilərək sorğuya alınıblar. Digər tərəfdən isə şübhəlilərin nəzarətə alındıqları saytda polisin təhlükəsizlik tədbirləri aldığı və giriş-çıxışlara icazə vermədiyinə də baxılıb.
Bu arada Abdülqadir Masharipovun da mənsub olduğu İŞİD Terror Təşkilatının Özbəkistanda təşkilatlanması istiqamətində İstanbulun 5 mahalında təşkil edilən əməliyyatlarda çoxli sayda adamın nəzarətə alındığı öyrənilib. Polis qrupları dünən axşam saatlatında başladılan əməliyyat sonrası araşdırma zamanı qatilin gizləndiyi dairəni dəqiqləşdirib. İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin əməkdaşlarından ibarət qrupların təxminən 6 saat davam edən araşdırma zamanı müəyyələşdirilib ki, dairənin qapısı qırılıb. Basqın zamanı qatil və digərləri sağ olaraq ələ keçiriliblər.
Gülnaz Qənbərli
Gununsesi.info












