Hökumət üzvləri elə küllü-külfətli yığışıb gediblər - ELMAN MƏMMƏDOVDAN NAZİRLƏRƏ ETİRAZ

  • Müəllif: admin
  • 14 Noyabr 2018 17:13

YAP-çı deputat Elman Məmmədov parlamentdə hökumət üzvlərini tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb parlamentin iclas zalında hökumət üzvlərinin iştirak etməməsi olub:

“Hökumət üzvləri elə küllü-külfətli yığışıb gediblər. Cəmi iki nəfər hökumət üzvü iclasdadır. Biz kimə danışırıq?! Belə çıxır ki, özümüz danışıb, özümüz eşidirik? Bu, düzgün münasibət deyil”.

Spiker Oqtay Əsədov isə deputala razılaşmayıb: “Hökumət üzvləri iki gündür ki, burdaydılar. İndi onlara aid məsələ müzakirə olunmadığına görə, icazə verdim, getdilər. Aidiyyəti qurumlar isə burdadırlar”.