Pensiya yaşını qaldırmaqla ölkə heç nə qazanmadı - VAHİD ƏHMƏDOVDAN HÖKUMƏTƏ SUALLAR

  • By admin
  • 14 Noyabr 2018 17:20

Milli Məclisin bu gün keçirilən iclasında Vahid Əhmədov  “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu ilin büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində pensiya yaşının qaldırılmasını tənqid edib. Gununsesi.org xəbər verir ki, o, pensiya yaşını qaldırmaqla ölkənin heç nə qazanmadığını qeyd edib:

 “Biz pensiya yaşını çoxaltdıq. Qadınları da gətirib kişilərlə eyniləşdirdik. Amma bu, nəyə gətirib çıxardı, büdcəyə nə xeyir vardı? Mən heç cür başa düşmürəm ki, qadınları niyə 65 yaşında pensiyaya çıxardıq? Dünyada əksinə, bir işləyənə, bir pensiyaçı düşür. Amma pensiya yaşını artırmaqla nə qazandıq ki?!”
Gununsesi.org