Hollandiyalı mütəxəssis Azərbaycanı tərk etdi – FOTO

  • Müəllif: admin
  • 14 Mart 2020 14:01

“Səbail” futbol klubunda ayrılıq rəsmiləşib. 

Gununsesi.org klubun rəsmi sosial şəbəkə ünvanına istinadən xəbər verir ki, Bakı təmsilçisi Futbol Akademiyasının direktoru Yan Yaap Şmaalla vidalaşıb.

Hollandiyalı mütəxəssislə müqavilə bitdiyi üçün yollar ayırıb.

Qeyd edək ki, Yan Yaap Şmaal ötən il aprelin 3-də Azərbaycan klubunda Akademiyanın direktoru təyin olunmuşdu.

Gununsesi.org