“Huawei” ilk dəfə dünyada smartfon satışında birinci oldu

  • By admin
  • 30 İyul 2020 17:45

Çinin “Huawei Technologies Co.” telekommunikasiya şirkəti ilk dəfə Cənubi Koreyanın “Samsung Electronics” şirkətini geridə qoyaraq dünyada smartfon satışında birinci yerə çıxıb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Canalys” analitik şirkətinin hesabatında deyilir.

“Huawei” belə bir göstəriciyə 2020-ci ilin II rübünün nəticələrinə əsasən nail olub.

Analitiklərin məlumatlarına əsasən, “Huawei” aprel-iyun aylarında 55,8 milyon smartfon satışını həyata keçirib ki, bu da biril əvvəlki göstəricidən 5% azdır.  Həmin dövr ərzində “Samsung”un satışları koronavirus pandemiyası problemi səbəbindən 30% düşüb və 53,5 milyon smartfon təşkil edib.

Son 9 il ərzində smartfon satışlarına görə dünyada gah “Samsung” ,gah da ABŞ-ın “Apple” şirkəti liderlik edib.

 

 

Gununsesi.info