“Huawei”in yeni flaqmanı 3 kameraya malik olacaq

  • By admin
  • 13 Mart 2018 09:10

Hələ təqdimatı keçirilməmiş “Huawei P20” flaqman smartfonunun dizaynı artıq sirr deyil.

Gununsesi.info xəbər verir ki, smartfonun fotoları “Twitter”də Evan Blass adlı insayderin səhifəsində yayılıb.

Fotolardan görünür ki, cihazın ekranı bütün ön paneli tutur. Şaquli yerləşdirilmiş üçlü kamera sistemi var. Arxa paneldə olan 3 fotomodulun necə işləyəcəyi hələlik məlum deyil.

Rəsmi təqdimatın martın 27-də keçiriləcəyi gözlənilir. Top versiya ilə yanaşı, daha aşağı xüsusiyyətlərə malik “P20 Lite” və “P20 Pro” modelləri də təqdim olunacaq.

Gununsesi.info