Hulusi Akar Ukraynadan daşınan taxılın həcmini AÇIQLADI

  • By admin
  • 20 Avqust 2022 19:44

Avqustun 1-dən etibarən Ukrayna limanlarından 656,3 min tondan çox taxıl ixrac edilib.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

BMT-nin baş katibi Antonio Quterreşlə İstanbul Birgə Koordinasiya Mərkəzində keçirdiyi mətbuat konfransında nazir deyib ki, taxıl ixracı prosesinə 51 gəmi cəlb edilib.

“Avqustun 1-dən indiyədək Ukraynanın üç limanından 656 min 349 ton taxıl ixrac edilib, kənd təsərrüfatı məhsullarının ixracının artacağını gözləyirik”, – Hulusi Akar qeyd edib.

O vurğulayıb ki, 51 gəmidən 27-si Ukrayna limanlarını tərk edib, 24-ü isə yüklənməyə gedib.

İyulun 22-də İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT arasında taxıl müqaviləsi imzalanıb. Razılaşma dünya bazarlarına çatdırılmaq üçün Ukrayna limanlarından taxılın təhlükəsiz ixracını nəzərdə tutur.

Gununsesi.info