Rumıniya ilə Rusiya arasında diplomatık qalmaqal böyüyür

  • By admin
  • 20 Avqust 2022 20:00

Rusiya öz diplomatının Rumıniyadan qovulmasına adekvat cavab verəcək.

Bu barədə Gununsesi.info Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyanatına istinadən xəbər verir.

“Rumıniyada Rusiyanın bu ölkədəki diplomatik mövcudluğuna qarşı hücum davam edir. Bu yaxınlarda Buxarestdəki səfirliyimizin daha bir əməkdaşı persona non qrata (arzuolunmaz şəxs) elan edildi – həmişə olduğu kimi, əsassız olaraq, uydurma bəhanələrlə. Təbii ki, biz buna adekvat cavab verəcəyik. Bu barədə əlavə məlumat veriləcək”-deyə, o bildirib.

Zaxarova onu da əlavə edib ki, Rumıniyanın hərəkətləri guya təxribatdır və Qərb ölkələrinə loyallıq nümayiş etdirmək istəyi ilə diktə olunur.

Gununsesi.info