Hülya Koçigid: "ÖZÜMÜ ÇOX XOŞBƏXT HESAB EDİRƏM Kİ..."

  • By admin
  • 17 İyun 2017 22:25

hulya (1)

“Türkiyəyə döndüyüm üçün özümü çox xoşbəxt hesab edirəm”.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, bunu ABŞ-ın Nyu-York şəhərindəki hospitallardan birində ağır ağciyər əməliyyatı keçirən ünlü sənətçi Hülya Koçigid keçirdiyi mətbuat konfransında deyib.

O, səhhəti ilə bağlı çox ağır anlar yaşadığını da söyləyib.

Bununla yanaşı, ağır, qorxulu anların geridə qaldığını söyləyən ünlü sənətçi “Bu müqəddəs və əziz Ramazan günlərində səhhətimlə bağlı mənə dualar edən, mənə şəfalar arzulayan hər kəsə də minnətdaram və bundan çox böyük xoşbəxtlik duyuram”-deyə, sözlərinə əlavə edib.

O, həyat yoldaşının da ona ən böyük dəstəkçi olduğunu media mənsublarının diqqətinə çatdırıb.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info