Həndbol millimiz ermənilərə qalib gəldi – Foto

  • By admin
  • 17 İyun 2017 22:27

 0493867d4ca278e036d7f517d5a176ea

 

Kişilərdən ibarət həndbol üzrə milli komandamız Bolqarıstanda keçirilən “Challenge Trophy”də növbəti görüşünə çıxıb.

Musavat.com xəbər verir ki, ibarət yığmamız 9-16-cı yerlər uğrunda ilk görüşündə Ermənistan millisi ilə qarşılaşıb. Həndbolçularımız rəqibini 39:21 hesabı ilə məğlub edib.

Qeyd edək ki, qrup mərhələsində Andorranı məğlub edən (31:22) Azərbaycan millisi, Bolqarıstan (34:41) və Kiprə uduzduğundan medal qazanmaq şansını itirib.

 

Gununsesi.info