Hüseynqulu Bağırov: “Azərbaycanı Gürcütanla müqaisə etmək düzgün deyil”

  • By admin
  • 30 İyun 2016 12:07

eco

 

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov “Caspian PlatForum”da çıxışı zaman Milli Parklardan danışıb. Gununsesi.info xəbər verir ki, H.Bağırov Azərbaycan Milli Parklarını Gürcüstandakılar ilə müqayisə etmək düzgün deyil: “Bəzən bizi Gürcüstan ilə müqayisə edirlər. SSRİ dövründə Gürcüstanda milli parklar var idi, yəni onların konsepsiyası var idi. Borjomidə milli parklar yaşayış sahələri ilə yanaşıdır. Biz milli düşüncəyə görə bunu edə bilmirik. Biz insanlarımızı başa sala bilməyəcəkdik ki, mal-heyvanını milli parkda otarma, get öz pay torpağını ək-becər. Amma Gürcüstanda bunu edirlər. Bizə deyirlər ki, niyə Gürcüstanda Milli Parklara 2 milyon turist gedir, Azərbayanda 2 min. Bunu da unutmayaq ki, Gürcüstana gedən 2 milyonun 450 mini Borjomiyə müalicəyə gedən azərbaycanlılardır. Biz Göygöl qoruğunu açdıq, 40 gün ərzində 70 mindən çox adam gəldi. Yəni bizdə Milli Parklara heç də 2 min adam getmir. Amma ora gedən adamların bizi və qoruğu nə günə qoyduqlarını gördünüz. Deyirdilər ki, bizim işimiz zibilləmək, sizin işiniz təmizləməkdir. Göygöldə kabab bişirmək üçün xüsusi yerlər də ayırdıq”.(Qafqazinfo.az)