İƏT-dən Paşinyanın bəyanatına sərt münasibət

  • By admin
  • 20 Sentyabr 2019 13:40

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibi Yusef bin Ahmad Al-Otaimin Ermənistan Baş Nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə bu ilin 5 avqustunda səfər edərək orada səsləndirdiyi bəyanatla bağlı dərin narahatlığını ifadə edən açıqlama ilə çıxış edib. 

Gununsesi.org-un məlumatına görə, baş katib Ermənistan rəhbərliyinin bu bəyanatı və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü pozan əməllərinin beynəlxalq hüququn prinsiplərinə və beynəlxalq ictimaiyyətin möqeyinə məhəl qoymadığını və regional sülh və təhlükəsizliyə hədə təşkil etdiyini qeyd edib.

O, münaqişənin sülh yolu ilə həlli üzrə BMT və İƏT Nizamnamələrinin müddəalarına, Helsinki Yekun Aktına, BMT TŞ-nin 1993-cü il tarixli qətnamələrinə, İƏT-in müxtəlif qətnamələrinə istinad edərək, Ermənistanı münaqişənin sülh yolu ilə həlli üçün BMT TŞ-nin müvafiq qətnamələri əsasında Azərbaycan ilə sülh danışıqlarına çağırıb.

Gununsesi.org