İbadət edərkən terrorçuların hücumuna məruz qaldılar

  • By admin
  • 05 İyun 2019 12:37

Misirdə terror aktı törədilib, 10 polis ölüb

Misirin şimalında terrorçuların nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində 10 polis əməkdaşı həlak olub.

Gununsesi.org “AlArabiya”-ya istinadən xəbər verir ki, müsəlmanlar Ramazan bayramı münasibətilə ibadət edərkən terrorçuların hücumuna məruz qalıblar.

Məlumata görə, hücumu törədən şəxslərdən 5-i polis tərəfindən zərərsizləşdirilib.

Heç bir terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.