
İraqın Baş naziri Heydər Əl İbadi Təlafər şəhəri və Ninova vilayətinin İŞİD terror təşkilatından tamamilə təmizləndiyini açıqlayıb.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, İbadi hazırda həmin bölgələrə nəzarətin İraq ordusunun əlində olduğunu elan edib.
Zəfər bu gün şəhərin Ayadiya qəsəbəsinin də azad edilməsindən sonra açıqlanıb.
Zəfər münasibətilə koalisiya qüvvələri də İraq ordusunu təbrik edib. Buna baxmayaraq, partlayıcı maddələrin və gizlənmiş terrorçuların tapılaraq zərərsizləşdirilməsi kimi təhlükəli işlərin hələ də qaldığı barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, Təlafərin azad edilməsi əməliyyatına avqustun 20-də başlanılıb. Bu şəhər İraq və Suriya sərhədində İŞİD-in əlində olan sonuncu böyük ərazi idi.
Gununsesi.info











