İcra başçısı nöqsanlara yol verən ərazi icra nümayəndələrinə XƏBƏRDARLIQ ETDİ

  • By admin
  • 27 İyun 2018 16:48

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şuranın növbəti iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbiri göröş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov iştirakçılarını salamlayaraq 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibəti təbrik etdi.  Sonra Şura iclasının gündəliyində duran məsələlər barədə məlumat verib.
Şura iclasında “Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli  648 nömrəli fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinin, vətəndaş müraciətlərinə baxılması və sənədlərlə işin Siyov, Züvüc və  Piran kənd ərazi icra nümayəndəliklərində  yerinə yetirilməsi  vəziyyəti barədə” və “Kirəvud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində çalışan işçilərin əmək intizamına riayət etməsi, vətəndaşların qəbulu, müraciətlərinin araşdırılması və sənədlərlə işin təşkili vəziyyəti barədə” Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş   şöbəsinin müdiri Əlipənah Bayramovun arayışı dinlənilib.
Şura iclasında gündəlikdə duran məsələlərlə bağlı Çayrud kənd ərazi icra nümayəndəsi Xanlar Həmidov və Pirasora kənd ərazi icra nümayəndəsi Əligüşad Xalıqov çıxış ediblər.
Sonda çıxış edən rayon icra hakimiyyətinin başçısı Şura iclasının gündəliyinə daxil edilmiş məsələ ilə bağlı görülən işlər və qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.
Müzakirə olunan məsələ ilə bağlı Şura iclasında müvafiq qərar qəbul edilib.

Gununsesi.info