İcra başçısı səhiyyə şöbəsinin müdrinə töhmət verdi - İki həkimi işdən azad etdi - VİDEO

  • By admin
  • 05 Avqust 2016 18:22

zakir

 

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tibb müəssisələrinin rəhbər işçilərinin iştirakı ilə müşavirə keçirib.

Gununsesi.info xəbər verir ki, bu gün icra hakimiyyətində keçirilmiş müşavirədə Zakir Fərəcov ilk öncə şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Daha sonra isə Zakir Fərəcov, şəhərin səhiyyə sistemində ciddi nöqsanlar var, bəzi cavabdeh şəxslər, baş həkimlər vəzifələrinin öhdəsindən gələ bilmirlər ifadələrindən istifadə edib.

İcra başçısı Sumqayıt şəhər Uşaq xəstəxanasında 2 ay müddətində işıq sisteminin olmamasını rüsvayçılıq adlandırdı. İşində yol verdiyi ciddi nöqsanlara görə həmin xəstəxananın baş həkim əvəzi Sevinc Əliyeva və infeksion şöbəsinin müdiri Sehri Babayev vəzifələrindən azad edildi.

Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyevə töhmət verildi.