İctimaiyyət Elçin Sadıqov və Əvəz Zeynallı üçün toplandı

  • By admin
  • 12 Sentyabr 2022 11:46

Baş Prokurorluq tərəfindən həbs edilən tanınmış vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallının ictimai müdafiəsi üçün toplantı keçirilir.

Gununsesi.info xəbər verir ki,  insan hüquqları fəallarınının, siyasi partiyaların və media nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda hər iki şəxsin həbsinin qanunsuz olduğu bəyan edilib.

Tədbirin aparıcısı İşgəncələrə Qarşı Mübarizə Mərkəzinin rəhbəri Fikrət Cəfərli deyib ki, Elçin Sadıqov və Əvəz Zeynallınən həbsi Azərbaycanda insan haqları sahəsində real durumun ifadəsidir.

 

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının rəhbəri Rüfət Səfərov deyib ki, həbs prosesinin  ilk mərhələsi ciddi qanun pozuntuları ilə keçib.  Qanunvericiliyə görə, vəkilin evində və ofisində axtarış ola bilməz”.

Rüfət Səfərov hər iki şəxsin ciddi müdafiəsi üçün ictimaiyyətin addımlar atmalı olduğunu deyib.

Tədbirin təşkilatçılarından olan Bəxtiyar Hacıyev isə bildirib ki, həm Elçin Sadıqov, həm də Əvəz Zeynallı   Azərbaycan cəmiyyətinin tanınmış simalarıdır:”Burada söhbət həm vəkillik institutuna, həm də azad mediaya qarşı təzyiqdən gedir”.

 

Tədbirin sonunda Azərbaycan ictimaiyyətinə və beynəlxalq təşkilatlara  müraciət qəbul olunub.

Beynəlxalq təşkilatlarda müraciətdə adıçəkilən şəxslərin azadlığa buraxılması üçün effektiv addımlar atmaq xahiş olunur.

Gununsesi.info